Tənəffüs çatışmazlığının ağır formasına ən çox bu şəxslərdə rast gəlinir


Digərləri 14 Sen 2019 20:45:00 172 0

Tənəffüs çatışmazlığının ağır formasına ən çox bu şəxslərdə rast gəlinir

Dünyada ağciyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkənlərin sayı getdikcə artır. Demək olar ki, dünyada hər dörd ölümdən biri bu xəstəliyin payına düşür.

Bunu Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramov AZƏRTACA-a müsahibəsində deyib.

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi tənəffüs yollarının, daha çox bronxların distal hissələrinin zədələnməsi, tənəffüs çatışmazlığı ilə xarakterizə olunan və əsasən geri dönməyən proseslərlə səciyyələnən bir xəstəlikdir.

Həkimin sözlərinə görə, həmin xəstəlik bəzən peşə zərurətindən yaranır. Belə ki, bu xəstəliyə təndirlərdə, xüsusi qazanxanalarda, sement zavodlarında işləyənlərdə rast gəlinsə də, yaranmasının əsas səbəbi tütün çəkmədir. Bu xəstəlikdən əziyyət çəkənlərdə aparılan müalicə tənəffüs çatışmazlığının aradan qaldırılması və yüngülləşdirilməsi və xəstənin ömrünün uzadılmasına yönəlib. Xəstəliyin xüsusilə orta-ağır və ağır formalarının tam müalicəsi çox çətindir. Xüsusilə 35-40 yaşdan yuxarı şəxslərdə daha çox rast gəlinir. Burada tütün çəkmə müddətinin böyük əhəmiyyəti var. Xəstə nə qədər erkən tütün məmulatlarından istifadə etməyə başlayıbsa, xəstəliyin inkişaf etməsi də bir o qədər tez ola bilər: "Ümumiyyətlə, xəstəliklərin diaqnozunun qoyulması xəstənin tam kompleks müayinəsi nəticəsində olur. Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin diaqnozunun qoyulması üçün anamnestik məlumatların və laborator-instrumental müayinə üsullarının böyük əhəmiyyəti var. Xəstəliyin diaqnostikasında spirometriya deyilən xarici tənəffüs funksiyasının öyrənilməsinin, yəni "FEV-1" adlanan ilk saniyədə gücləndirilmiş nəfəsvermənin həcminin təyin edilməsinin əhəmiyyəti böyükdür".

(adsgarden = window.adsgarden || []).push({});