Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsininin müvəqqəti saxlanma yerində monitorinq keçirilib


Digərləri 14 Sen 2019 20:30:00 219 0

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsininin müvəqqəti saxlanma yerində monitorinq keçirilib

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsininin müvəqqəti saxlanma yerində monitorinq keçirib

Bakı. Samir Əli- İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsininin müvəqqəti saxlanma yerində monitorinq keçirib. Bu barədə Trend-də komitə sədri Tural Hüseynov məlumat verib. Komitə sədri bildirib ki, monitorinq zamanı idarənin müvəqqəti saxlanma yerində saxlanılan 2 nəfərlə görüşüblər: "Monitorinqi mən və komitənin sədr müavini Elçin Şirinov keçirmişik. Saxlanılan şəxslər Cinayət Məcəlləsinin 178-ci(dələduzluq) maddəsi ilə təqsirləndirilirlər. Onlarla fərqi söhbətlər apardıq, saxlanma şəraiti, rəftarla maraqlandıq. Nə saxlanma şəraiti, nə qidalanma, nə də rəftarla bağlı heç bir şikayətləri olmadı, səhhətlərdə normal idi. Bunulna yanaşı, həmçininsaxlanma yerlərindəki şəraitlə maraqlandıq. Saxlanma yerinin havalandırma sistemi, gəzinti meydançası, saxlanılan şəxslərin asudə vaxtları üçün yaraddılan şərait normal idi. İdarə rəisi ilə görüşümüz zamanı o bilditdi ki, yaxın vaxtlarda saxlanma yeri yenidən cari təmir olunacaq".