İranda avtomobil qəzası: 3 ölü, 6 yaralı


Dünya 14 Sen 2019 20:11:00 216 0

İranda avtomobil qəzası: 3 ölü, 6 yaralı

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Quçan rayonunda "Rio" markalı avtomobil "PK" avtomobili ilə toqquşub.

Son.az qol.az-a istinadən xəbər verir ki, bunu İranın Rəzəvi Xorasanı vilayətinin Quçan rayonu hüquq-mühafizə orqanının polis rəisi polkovnik Qədir Mesrxani deyib.

Q.Mesrxaninin sözlərinə görə, nəticədə 1 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada həlak olub.

Polis rəisi qəzada 6 nəfərin də yaralandığını və yaralıların xəstəxanaya çatdırıldığını deyib.