Uşaq immun sisteminin formalaşmasının


Digərləri 14 Sen 2019 20:12:00 251 0

Uşaq immun sisteminin formalaşmasının

Orqanizmin digər sistemləri kimi immun sistemi də yaşa uyğun olaraq müəyyən dəyişikliklərə uğrayır. 15-16 yaşlarında immun sistemi tam şəkildə inkişaf etmiş olur.

İmmun sisteminin formalaşmasında həkimlər 3 kritik dövr olduğunu qeyd edirlər. İmmun sisteminin formalaşmasının bu dövrlərini bilmək, valideynlərə, onların uşaqlarının həyatının bu və ya digər dövrlərində daha tez-tez xəstələnmələrinin səbəblərini bilməkdə kömək edəcəkdir.

1. Birinici kritik dövr. Bu, yenidoğulma dövrüdür (uşağın həyatının ilk 29 günü).

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu dövrdə uşaqları maksimal şəkildə müxtəlif viruslardan və mikroblardan qorumaq, onun dərisinə, göbək yarasına müvafiq şəkildə qulluq göstərmək lazımdır. Uzaq nəsillərdən bəri bizə qədər gəlib çatan belə bir adətimiz vardır: yeni doğulmuş körpə olan evə 40 gün ərzində digər adamların gəlməsi qadağan edilməlidir. Bu, yeni doğulmuş körpənin viruslardan və mikroblardan qorumasının ən ideal üsuludur. Bundan sonra isə immuitetin inkişaf etməsi üçün uşağa ana südü ilə qidalanma və antigen yüklənmə (müxtəlif mikroblar, viruslarla təmasda olmaq) tələb olunur ki, bu zaman immun sistemi həmin mikrobları "yaddaşında saxlayır".

2. İkinci kritik dövr. Bu dövr uşağın həyatın 3-6-cı aylarını əhatə edir. Bu dövrdə uşağın qanında ona anası tərəfindən verilmiş olan anticisimlərin miqdarı azalır (xüsusən də uşaq süni qidalanma rejiminə keçdiqdə). Bu dövrdə həmçinin uşaqda yerli immunitet (selikli qişalar) çox zəif olduğu üçün kəskin respirator virus infeksiyalarının bir neçə dəfə təkrar olunması qeyd edilir. Bir çox anadangəlmə immunodefisitlər də bu dövrdə özünü büruzə verməyə başlayır. Bu yaşda olan uşaqlar tənəffüs orqanlarının xəstəliklərinə və bağırsaq infeksiyalarına, qida allegiyalarına daha çox məruz qalırlar. Müəyyən infeksiyalara qarşı aktiv immunitetin formalaşması üçün bu dövrdə vaksinasiya (və sonra revaksinasiya) edilməsinə başlamaq xüsusilə vacib hesab edilir.

3. Üçüncü kritik dövr uşağın həyatının 2-ci ilinə təsadüf edir. Bu zaman onun ətraf mühitlə olan təmasları xeyli artmış olur. Bu dövrdə uşaqda olan müxtəlif anadangəlmə anomaliyalar və diatezlər özünü büruzə verə bilər.

Hər bir ana bilməlidir ki, həyatının ilk illərində uşaq xəstələnməyə bilməz. Çünki bu dövrdə onun immun sistemi hələ tam şəkidə formalaşmır. Doğulana qədər uşağın steril olan orqanizmi, doğulduqdan bilavasitə sonra mikroblarla zəngin olan mühitə düşür və o daim onlarla "döyüşməli" olur. Bu isə onun xəstələnməsi deməkdir. İmmunoloqlar hesab edirlər ki, əgər uşaq bağçaya gedənə qədər həyatının ilk 3 ilində praktik olaraq heç bir xəstəlik keçirməyibsə, bu heç də sevinclə qarşılanmamalı, əksinə.... ciddi narahatçılıq kimi qəbul olunmalıdır. Bu, o deməkdir ki, uşaq həyatdan təcrid edilmişdir. Bu da sonradan xəstəliklərin daha ağır keçməsinə və daha çox fəsadlar verməsinə səbəb ola bilər. Ona görə də uşağın immun sistemi müxtəlif infeksiyalarla görüşməklə məşq etməlidir.

Digər tərəfdən, əgər uşağınız il ərzində 5-6 dəfədən artıq xəstələnirsə və (və ya) bu xəstəlik 14 gündən artıq davam edərsə, bu, immun sisteminin qeyri-normal reaksiyası hesab olunur və həkim-pediatr və immunoloq tərəfindən müəyyən müayinələr aparılmasını tələb edir.

Valideynlər uşağın "normadan" artıq sayda xəstələnməməsi üçün bütün qoruyucu qaydalara əməl etməlidirlər. Məlumdur ki, uşaqlar digər uşaqlarla nə qədər çox təmasda olurlarsa, onların infeksiyalara yoluxma ehtimalı daha çox olur. Bu, ilk növbədə bağçaya gedən uşaqlara aiddir. Ona görə də doğulduqdan sonra daha tez-tez və uzun müddət ərzində xəstələnən uşaqların 4-5 yaşından tez bağçaya verməsi məsləhət deyil, hətta onları bağçaya verməmək daha münasib hesab olunur.

Qrip epidemiyası dövrlərində (praktik olaraq bütün payız-qış aylarında) uşağınızla birlikdə insanların daha çox toplaşdıqları qapalı yerlərə (mağazalar, ictimai nəqliyyat, kinoteatrlar və digər  yerlərə) getməməyiniz məsləhətdir.

Açıq havada oyunlara daha çox yer vermək lazımdır. Açıq havada hər hansı bir infeksiya xəstəliyi ilə xəstələnmiş uşaqdan yoluxma ehtimalı qapalı yerlərə nisbətən dəfələrlə az olur.

Əgər siz istənilən halda uşağınızı bağçaya verməli olsanız və ya o hər hansı inkişaf qrupuna və ya insanların daha çox toplaşdıqları yerlərə getməli olursa, bu halda onu soyuqdəymədən qorumaq üçün aşağıdakı ən sadə üsullardan istifadə edə bilərsiniz:

(adsgarden = window.adsgarden || []).push({});