Ağsu polisi aztəminatlı ailələri sevindirib FOTO


Digərləri 14 Sen 2019 20:19:00 226 0

Ağsu polisi aztəminatlı ailələri sevindirib  FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkib, onların bu il məktəbə gedəcək övladlarını sevindirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Son.az-a bildiriblər ki, yeni dərs ilinin başlaması ilə əlaqədar lazımi məktəbli ləvazimatları uşaqlara hədiyyə edilib. Polis əməkdaşları uşaqlara yeni tədris ilində uğurlar arzulayıblar. Ağsu Rayon Polis Şöbəsinin belə bir xeyirxah əməli, həmçinin övladlarının sevincinə şərik olan valideynləri də sevindirib.

Valideynlər göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin və Ağsu Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

(adsgarden = window.adsgarden || []).push({});