İranda avtomobil qəzası: 3 ölü, 6 yaralı


Digərləri 14 Sen 2019 20:02:23 177 0

İranda avtomobil qəzası: 3 ölü, 6 yaralı

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Quçan rayonunda “Rio” markalı avtomobil “PK” avtomobili ilə toqquşub.

Bakı. Elnur Bağışov - İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Quçan rayonunda “Rio” markalı avtomobil “PK” avtomobili ilə toqquşub. Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasanı vilayətinin Quçan rayonu hüquq-mühafizə orqanının polis rəisi polkovnik Qədir Mesrxani deyib. Q.Mesrxaninin sözlərinə görə, nəticədə 1 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada həlak olub. Polis rəisi qəzada 6 nəfərin də yaralandığını və yaralıların xəstəxanaya çatdırıldığını deyib.