Acılı yeməkləri sevənlər sekslə daha çox məşğul olurlar


Digərləri 14 Sen 2019 19:55:00 208 0

Acılı yeməkləri sevənlər sekslə daha çox məşğul olurlar

Araşdırmalar nəticəsində insanların hansı ağız dadına üstünlük vermələri ilə onların həyat tərzi arasında birbaşa əlaqə olduğu üzə çıxıb.

Son.az e-tibb.az-a istinadən bildirir ki, sosioloqlar 2000 amerikalı arasında sorğu keçiriblər. Respondentlərə həyat tərzləri və üstünlük verdikləri yeməklər barədə suallar ünvanlanıb. Məlum olub ki, acılı yeməklərə üstünlük verənlər daha dolğun və daha mənalı həyat keçirirlər.

Belə ki, onlar acılı yemək sevməyənlərdən 45% daha çox ölkələri xaricinə səyahətə çıxırlar. Sorğu zamanı bu tip insanlar arasında paraşütlə tullanmış, raftinq, yaxud sualtı üzgüçülüklə məşğul olmuş şəxslərin üstünlük təşkil etdiyi məlum olub. Eyni zamanda acılı yemək həvəskarlarının 12%-i Tarzan kimi kəndirlə tullanmağa hazır olduğunu bildirib. Əks mövqedə duranlar arasında isə bu rəqəm cəmi 2% təşkil edib.  

Xüsusi qeyd olunmalıdır ki, acılı yemələrə sevgi qarşıya qoyulan məqsədlərə çatma arzusunu da gücləndirir. Belə insanlar öz arzularını reallaşdırmaq üçün 29% artıq səy göstəriblər, həmçinin əsas diqqəti fiziki hərəkətlərə yönəldiblər.  

(adsgarden = window.adsgarden || []).push({});