​​​​​​​Ürək tutmaları daha çox hansı gün baş verir?


Digərləri 14 Sen 2019 19:35:00 221 0

​​​​​​​Ürək tutmaları daha çox hansı gün baş verir?

Son vaxtlara qədər hesab olunurdu ki, ürəyin qəfildən dayanması halları daha çox bazar ertəsi səhər baş verir.

Lakin amerikalı bir qrup alimin apardığı təhqiqat nəticəsində bunun heç də belə olmadığı üzə çıxıb.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Sidars-Sinay Tibb Mərkəzi yanında Ürək Ritmi Mərkəzinin direktoru, doktor Samit Çuq həmkarları ilə birgə ABŞ-ın Oreqon ştatında 2631 qəfil ürəktutma faktını araşdırıb. Məlum olub ki, ürək dayanmaları daha çox günün nahardan sonrakı vaxtında (31.6%) qeydə alınır. Bu halların 27.6%-i səhər, 26.9%-i axşam, yalnız 13.9%-i səhər tezdən baş verir.    

Alimlər ürəyin qəfil dayanması və ürəyin elektrik aktivliyinin pozulmasını əsas götürüblər.

Doktor Çuq ürək dayanmalarının vaxtının dəyişməsində əsas faktorlardan biri kimi həyat şəraiti və iş rejimini qeyd edib.

(adsgarden = window.adsgarden || []).push({});