Qızıl saplarla dərinin cavanlaşdırılması


Digərləri 14 Sen 2019 19:12:00 192 0

Qızıl saplarla dərinin cavanlaşdırılması

Bu kosmetk prosedur dərini cavanlaşdırır, qırışları yox edir. Prosedur zamanı həkim dermatokosmetoloq dərini daxildən xüsusi qızıl saplarla "tikir" ki, dərinin altında sanki tor əmələ gəlir.

Müəyyən müddətdən sonra hər qızıl sapın ətrafında kollaqen lifləri əmələ gəlir. Bu liflər sanki karkas yaradır. Bu karkas dərini dartır və nəticədə dəri hamarlaşır, daha elastik olur, xırda qırışlar yox olur, dərinin rəngi yaxşılaşır. Qızıl saplar vizual olaraq görünmür və qadın onları hiss etmir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu üsul tək üz dərisində deyil, boyun, dekolte zonası, döş, qarın nahiyəsində istifadə oluna bilər. Həmçinin bu üsul sellülitin müalicəsində də istifadə olunur.

Saplar təmiz qızıldan hazırlanır, onların diametri 0,1 mm olur. Qızıl allergik reaksiyalara səbəb olmur.

Prosedur yerli və ya ümumi narkozun altında keçirilir. Bu proseduru yalnız təcrübəli mütəxəssisə etibar etmək olar.

(adsgarden = window.adsgarden || []).push({});