Menstruasiya zamanı miqren:


Digərləri 14 Sen 2019 19:20:00 288 0

Menstruasiya zamanı miqren:

Miqren baş ağrısı tutmalarının aybaşı vaxtı olması menstrual miqren adlanır. Menstrual miqrenin digər miqren baş ağrılarından fərqi yoxdur, sadəcə, bəzi qadınlarda sıx olaraq, yalnız aybaşı dönəmində şiddətli miqren tutmaları olur.

Bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva bildirib. Mütəxəssis qeyd edib ki, həmin şəxslərdə digər zamanlarda demək olar ki, baş ağrısı olmur. Adətən menstrual miqren ağrıları aybaşı günündən 1 gün əvvəl başlayır və 2-3 gün davam edir. Aybaşı günləri qadınlar üçün onsuz da ağır günlərdir, bu baş ağrıları da yaranarsa, yaşam tərzi çox çətinləşir.

Nevroloq deyib ki, menstrual miqren üçün qoruyucu müalicə ilə yanaşı hormon müalicəsi də tətbiq edilə bilər.

Onun sözlərinə görə, menstrual miqrenin qarşısını almaq müntəzəm yuxu, stressdən uzaq olmaq, sağlam qidalanmaq vacibdir. Aybaşıdan əvvəl və aybaşı vaxtı miqrenə təsir edən digər faktorlardan, məsələn, spirtli içki, yuxusuzluq, aclıq kimi hallardan uzaq olmaq lazımdır.

(adsgarden = window.adsgarden || []).push({});