Azərbaycanda neçə nəfərdə infeksion xəstəliklər aşkarlanıb? – STATİSTİKA


Digərləri 14 Sen 2019 19:10:00 214 0

Azərbaycanda neçə nəfərdə infeksion xəstəliklər aşkarlanıb? – STATİSTİKA

Ötən il Azərbaycanda 594 nəfərdə salmonellyoz infeksiyaları aşkarlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin şəxslərdən 353 nəfərini kişilər, 241 nəfərini qadınlar təşkil edir.

Məlumata əsasən, 2018-ci ildə 7-si kişi, 2-si qadın olmaqla 9 nəfər qarayara xəstəliyi ilə qeydə alınıb. Bundan başqa 5 nəfər quduzluq xəstəliyinə tutulub ki, onlardan 4-ü kişi,1-i isə qadındır. Ötən il 532 bruselyoz xəstəsi qeydə alınıb. Onlardan 370 nəfəri kişi, 162 nəfəri isə qadındır. Məlumatda qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda malyariyaya yoluxan olmayıb.

Komitədən bu ilin 6 ayında infeksion xəstəliklərə yoluxanların statistikası barədə də məlumat verilib. Məlumata əsasən, yanvar-iyun aylarında 108-i kişi, 78-si qadın olmaqla 186 nəfərdə salmonellyoz infeksiyaları aşkarlanıb. Bu il qarayara xəstəliyi üzrə 2-si kişi, 1-i qadın olmaqla 3 nəfər, quduzluq üzrə 3 nəfər, bruselyoz üzrə 287-si kişi, 2-si qadın olmaqla 289 nəfər xəstə qeydə alınıb.

Ötən il salmonellyoz xəstəliyindən 2 nəfər, quduzluqdan  8 nəfər ölüb. Ötən il qarayara və malyariya xəstəliyindən ölüm halı baş verməyib.

(adsgarden = window.adsgarden || []).push({});