Avtomobildə 1012 manatlıq davadərman olmasa nə baş verəcək… FOTO


Digərləri 14 Sen 2019 18:30:00 219 0

Avtomobildə 1012 manatlıq davadərman olmasa nə baş verəcək…  FOTO

Nazirlər Kabineti nəqliyyat vasitələrində saxlanılan dərman qutularının tərkibini müəyyənləşib. Baş nazir Novruz Məmmədov sentyabrın 9-da "Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı"nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Son.az virtualaz.org-a istinadən siyahıdakı dərmanların istifadə göstərişlərini və qiymətlərini öyrənib.  Bəlli olub ki, avtomobillərdə tibbi yardım çantasını doldurmaq sürücülərə uzağı 10-12 manata başa gələrdi.

Belə ki, siyahıya daxil edilən  Analgin 0.5 həbi ağrıkəsici, eyni zamanda hərarətsalıcı təsirə malikdir, qiyməti 48-50 qəpikdir.  Natrium sulfasil məhlulu isə gözün infeksion-iltihabı xəstəliklərində istifadə edilir, dövlət tərəfindən tənzimlənmiş qiyməti 56 qəpikdir. 

Aspirin ağkəsici, hərarətsalıcıdır. Eyni zamanda, dərmanın ürək-damar xəstəliklərindən sonra istifadəsi tövsiyə edilir. Aspirin həblərinin qiyməti 17-20 qəpikdir. Nitroqliserin həbləri ürək ağrılarında, yəni ürəktutmalarında istifadə edilir, qiyməti 90 qəpikdən başlayır. 

İlk yardım çantasında vacib dərmanların siyahısında olan, 50 qəpiklik naşatır spirti özündən getmə, huşunitməsi hallarında istifadə edilir, ilkin tibbi yardım və səyahət çantalarında vacib dərmanlardan biridir.  Aktivləşdirilmiş kömür isə zəhərlənmə zamanı ən populyar ilk tibbi yardım vasitəsidir, qiyməti 50 qəpikdir. 

Siyahıdakı digər tibbi ləvazımatlar qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün istifadə olunur. Məsələn, steril bint 40, qeyri-steril bint 40, spirtdə 5 faizli yod 40, pambıq 60 qəpik, qayçı isə 1 manat 50 qəpikdir. 

(adsgarden = window.adsgarden || []).push({});