Ağstafada 8 ədəd raket tapılıb (FOTO)


Digərləri 14 Sen 2019 18:32:00 209 0

Ağstafada 8 ədəd raket tapılıb (FOTO)

Ağstafa rayonu, Dağkəsəmən kəndi ərazisində 7-8 ədəd mərminin tapılması barədə məlumat daxil olub

Bakı. Sentyabrın 14-də saat 11:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Dağkəsəmən kəndi ərazisində 7-8 ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 7 ədəd tərkibində partlayıcı maddə olan və 1 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan 122 mm-lik 9M22U raketi aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.