Eltondan tənqidlərə sərt reaksiya: "Ədəbiniz olsun"


Şou-biznes 14 Sen 2019 17:58:05 243 0

Eltondan tənqidlərə sərt reaksiya: "Ədəbiniz olsun"

Müğənni Elton Hüseynəliyev sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi "Təkcə mənim olaydın" mahnısını canlı oxuyaraq, İnstaqramda yerləşdirib. İzləyicilərin bir çoxu isə Eltonun mahnını yaxşı oxuya bilmədiyini yazaraq, onu tənqid atəşinə tutublar.

"Hansısa mahnını zümzümə edəndə, ola bilər səsimizə düşməz, bəyənilməz. Biri var tam versiyada oxuyasan, biri də var elə-belə ifa edəsən. Şərh yazanda, ədəbli olun. Yaza bilmirsizsə, yazmasanız yaxı olar.

Kiməsə nəsə sübut etmək üçün oxumuram. Oxuyanda, ürəkdən oxuyuram. Bu yaxınlarda mahnını lentə aldıracam, görüm necədir. Mən bilərəm hansı mahnı məndə alınır və ya alınmır. Hansısa müğənnidə sevirsinizsə, bununla mənim səsləndirməyimi ölçmək lazım deyil" deyərək, Elton tənqid yazanlara münasibət bildirib.