Buzovnada piyadanı vuran sürücü saxlanılıb


Digərləri 14 Sen 2019 17:20:06 239 0

Buzovnada piyadanı vuran sürücü saxlanılıb

Buzovnada piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Bakı. Buzovnada piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 30-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini O.Səfərov vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib. Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “VAZ-2109” markalı avtomobilin sürücüsü - Buzovna qəsəbə sakini Z.İbrahimov müəyyən edilərək saxlanılıb.