Rusiyada ağır qəza:


Dünya 14 Sen 2019 16:41:00 226 0

Rusiyada ağır qəza:

Rusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yaroslavl vilayətində sərnişin avtobusu yük maşını ilə toqquşub.

Yaroslavl-İvanovo yolunda baş verən qəza nəticəsində 7 nəfər ölüb, 21 nəfər xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.