Mingəçevirdə fəhlə yıxılıb öldü


Digərləri 14 Sen 2019 15:40:00 229 0

Mingəçevirdə fəhlə yıxılıb öldü

Mingəçevirdə yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında podratçı fəhlə Mehman Mustafayev bədbəxt hadisə nəticəsində düyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ehtiyatsızlıq edərək yıxılıb və həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ötən ilin yayında enerji sistemində baş verən qəzadan sonra "Azərbaycan" İstilik Elektrik Stansiyası yenidən qurulur.