Səudiyyə Ərəbistanında iki böyük neft zavoduna PUA hücumu olub


Digərləri 14 Sen 2019 15:33:37 220 0

Səudiyyə Ərəbistanında iki böyük neft zavoduna PUA hücumu olub

Səudiyyə Ərəbistanın "Saudi Aramco" milli neft şirkətinə məxsus iki böyük zavoda pilotsuz uçan aparatlarla (PUA) hücum edilib, nəticədə yanğın baş verib.

Bakı. Səudiyyə Ərəbistanın "Saudi Aramco" milli neft şirkətinə məxsus iki böyük zavoda pilotsuz uçan aparatlarla (PUA) hücum edilib, nəticədə yanğın baş verib. Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyindəki mənbə məlumat verib: "Yerli vaxtla saat 04:00-da "Saudi Aramco"nun təhlükəsizlik xidməti PUA hücumu nəticəsində iki obyektdə baş verən yanğını söndürüb". Hadisə nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.