Kiyevdə azərbaycanlı keçmiş arvadını öldürüb qaçdı FOTO VİDEO


Dünya 14 Sen 2019 15:24:00 246 0

Kiyevdə azərbaycanlı keçmiş arvadını öldürüb qaçdı  FOTO  VİDEO

Kiyevdə azərbaycanlı ər keçmiş arvadını qətlə yetirib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, hadisə sentyabrın 13-də baş verib. Azərbaycanlı kişi keçmiş arvadına bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Mərhumun nənəsi bildirib ki, cütlük bir neçə il bundan öncə tanış olub, daha sonra ailə qurublar. Onlar altı ay evli olublar. Bundan sonra qadın həyat yoldaşı ilə münasibəti bitirməyə qərar verib. Kişi buna qarşı çıxaraq, onu təqib etməyə başlayıb.

Qonşuların verdiyi məlumata görə isə hadisə baş verən gün kişi evə qayıdan qadının arxasınca gəlib. Onu eyvanda tutaraq sinəsindən bıçaqla xəsarətlər yetirib.

Qeyd edilir ki, qonşular və mərhumun ailəsi səs-küyə çıxsa da, onu xilas etmək mümkün olmayıb.

(adsgarden = window.adsgarden || []).push({});