“Sərhədçi” idmançılar beynəlxalq idman yarışlarında ölkəmizi uğurla təmsil edirlər


Digərləri 14 Sen 2019 15:20:42 251 0

“Sərhədçi” idmançılar beynəlxalq idman yarışlarında ölkəmizi uğurla təmsil edirlər

Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzinin idmançıları beynəlxalq idman yarışlarında ölkəmizi layiqincə təmsil edirlər.

Bakı. Dövlət Sərhəd Xidmətinin (DSX) “Sərhədçi” İdman Olimpiya Mərkəzinin idmançıları beynəlxalq idman yarışlarında ölkəmizi layiqincə təmsil edirlər. DSX-dan Trend-ə bildirilib ki, 05 - 06 sentyabr 2019-cu il tarixlərində İran İslam Respublikasının Məşhəd şəhərində karate üzrə yeniyetmələr və gənclər arasında keçirilən beynəlxalq turnirdə məşqçi Zöhrab Səfərovun rəhbərlik etdiyi “Sərhədçi” komandası ümumilikdə 12 medal qazanaraq komanda hesabında ikinci yerə çıxıb. Komandanın heyətində müxtəlif çəki dərəcələrində karatenin kumite növü üzrə komanda yarışlarında Namiq Qasımzadə, Famil Quliyev, Qələndər və Cəlal Miriyevlər qızıl, şəxsi kata yarışlarında Sənan Hüseynzadə qızıl, Qələndər Miriyev gümüş, Cəlal Miriyev bürünc, şəxsi kumite yarışlarında Sənan Hüseynzadə gümüş, kata üzrə komanda yarışlarında Namiq Qasımzadə, Famil Quliyev, Cəlal Miriyev və Sənan Hüseynzadə bürünc medallar qazanıblar.