Hərbi qulluqçularımız Almaniyada FOTO


Digərləri 14 Sen 2019 13:23:00 202 0

Hərbi qulluqçularımız Almaniyada  FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniyanın "Hohenfels" təlim mərkəzində keçirilən "Saber Junction - 19" çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.

Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.