Menstruasiya olduğuna görə sinifdən qovulan qız


Dünya 14 Sen 2019 13:12:00 201 0

Menstruasiya olduğuna görə sinifdən qovulan qız

Keniyada dəhşətli hadisə baş verib.

Son.az haberler-ə istinadla xəbər verir ki, Keniyanın paytaxtı Nayrobi şəhərinin qərbində yerləşən Kabiangek vilayətində 14 yaşlı məktəbli qız özünü öldürüb.

14 yaşlı qız mensturasiya olduğuna görə sinifdən qovulduğu üçün canına qəsd edib. Adı açıqlanmayan qızın anası mətbuata açıqlama verərək qızının məktəbdən gəldikdən sonra özünü öldürdüyünü söyləyib.

O bildirib ki, qızı ilk dəfə mentruasiya olub və yanında hər hansı bez olmadığına görə məktəbli forması ləkələnib. Bunu görən müəllim qızı oğlanların arasında biabır edib, təhqiredici və alçaldıcı ifadələr işlədib. Dərsdən evə qayıtdıqdan sonra başına gələnləri anasına danışan yeniyetmə qız fürsət tapan kimi özünə qəsd edib.

(adsgarden = window.adsgarden || []).push({});