Sumqayıtda mənzil yanıb


Digərləri 14 Sen 2019 13:14:00 217 0

Sumqayıtda mənzil yanıb

Sumqayıtda yanğın qeydə alınıb

Bakı. Sumqayıtda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 35 m² olan 1 otaqlı mənzildə ev əşyaları 2 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​