Heyrətamiz təsadüf: 9cu ayın 11də, saat 9:11də, çəkisi də 9/11dir FOTO


Dünya 14 Sen 2019 13:06:00 302 0

Heyrətamiz təsadüf: 9cu ayın 11də,  saat 9:11də, çəkisi də 9/11dir  FOTO

11 sentyabr hadisələrinin 18-ci ildönümündə dünyaya gələn qız hər kəsi təəccübləndirib.

Son.az CNN-ə istinadla xəbər verir ki, sentyabr ayının 11-də saat axşam saat 10-a 11 dəqiqə işləmiş (9:11 pm) dünyaya gələn körpə hər kəsin marağına səbəb olub.

Qəribəsi isə odur ki, həmin gündə, həmin saatda dünyaya gələn qızın çəkisində də 9/11 rəqəmləri var. Christina Malone-Brown adı verilən körpə doğulan zaman 9 fund 11 unsiya olub.

Maraqlı olay ABŞ-ın Tenessi ştatındakı doğum evlərinin birində yaşanıb.

(adsgarden = window.adsgarden || []).push({});