Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçiriləcək


Digərləri 14 Sen 2019 13:06:00 187 0

Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçiriləcək

Sentyabrın 18-də Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçiriləcək.

Bakı. Samir Əli - Sentyabrın 18-də Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, forumun keçirilməsində məqsəd Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinin müzakirəsi, hər iki ölkənin bu sahədə fəaliyyət göstərən biznes qurumları arasında əlaqələrin qurulması və təcrübə mübadiləsinin aparılmasıdır. Forumda Azərbaycan və Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumları və biznes strukturlarının nümayəndələri, sahibkarlar iştirak edəcəklər. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC və Tacikistan Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq Forum Bakı Biznes Mərkəzində keçiriləcək.