Hərbi qulluqçularımız Almaniyada təlimdə iştirak edir (FOTO)


Digərləri 14 Sen 2019 12:29:44 226 0

Hərbi qulluqçularımız Almaniyada təlimdə iştirak edir (FOTO)

Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniya Federativ Respublikasının “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.

Bakı. Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur. Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin