İş adamı hamilə sevgilisini küçədə döyüb bu günə qoydu FOTO


Dünya 14 Sen 2019 11:05:00 247 0

İş adamı hamilə sevgilisini küçədə döyüb bu günə qoydu  FOTO

Türkiyəli model-aktrisa Ceren Kaplakarslan ilə anası Nuray Deveci Yeşiltepe gənc manekenin sevgilisi, iş adamı Temel Kankıran tərəfindən fiziki şiddətə məruz qalıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verirm ki, hadisə 1 sentyabrda baş versə də, bir neçə gün öncə KİV-də yayılıb. Belə ki, modelin atası Atilla Kaplakarslan "Kanal D"də yayımlanan "Müge ve Gülşenle 2-ci sayfa proqramı"na canlı yayıma qoşularaq qızı ilə həyat yoldaşının başına gələnlər barədə məlumat verib.

Fotoda: Ceren Kaplakarslan, Atilla Kaplakarslan və Rafet El Roman

Onun sözlərinə görə, biznesmendən 6 aylıq hamilə olan qızı anası ilə xəstəxanaya gedib. Hər iki şəxsə qarşı hücum da məhz orada baş verib:

"Özünü həm də Milli Kəşfiyyat Təşkilatının (MİT) üzvü kimi təqdim edən o şəxs xəstəxanaya gedərək qızım hamiləliyi ilə bağlı İnstaqram-da paylaşım etdiyinə görə onunla mübahisə edib. Daha sonra qızım xəstəxanadan çıxıb evə getmək üçün avtomobilinə minməyə çalışıb. Bu zaman Kankıran Cereni maşından məcbur endirərək öz avtomobilinə mindirmək istəyib. Anası müdaxilə edəndə silahını çıxararaq arvadımın iki qolunu qırıb. Daha sonra silahın arxası isə qızımın gözünə vurub və hər ikisini təpikləməyə başlayıb. Ətrafdakı insanların köməyilə qızımla yoldaşım o caninin əlindən xilas olunub. Xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri stabildir".