Nazir müavini: Bəzi məktəblər problemlərinin köklü həlli ilə bağlı məsələyə sistemli yanaşmırlar


Digərləri 14 Sen 2019 11:38:00 205 0

Nazir müavini: Bəzi məktəblər problemlərinin köklü həlli ilə bağlı məsələyə sistemli yanaşmırlar

Bəzi məktəblər hər il eyni problemlərlə qarşılaşdığına baxmayaraq, problemlərinin köklü həlli ilə bağlı məsələyə sistemli yanaşmırlar.

Bakı. İlhamə İsabalayeva - Bəzi məktəblər hər il eyni problemlərlə üzləşdiyinə baxmayaraq, problemlərinin köklü həlli ilə bağlı məsələyə sistemli yanaşmırlar. Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Nazir müavininin sözlərinə görə, bu, daha çox hər il məsələyə yenidən qayıtmaq, problemi kökündən deyil, sanki üzərindən keçməklə həll etmək niyyəti daşıyır. Nazir müavini hesab edir ki, bu mənada rayon təhsil şöbələri ilə Təhsil Nazirliyi arasında əməkdaşlığın olması labüddür. M.Vəliyeva əlavə edib ki, növbəti dərs ilində məktəblərdəki müxtəlif istiqamətlər, məsələn, təhsildən yayınan şagirdlərin təhsilə cəlb olunması, məktəb-valideyn əməkdaşlığı, məktəbdə qabaqcıl təcrübənin yayılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması kimi vacib məsələlərin həllində nazirlik tərəfindən rayon təhsil şöbələrinə müvafiq dəstəyin göstərilməsi və bu sahədə müəyyən bir sistemin yaradılmasına kömək edilməsi qarşıda duran məqsədlərdəndir.