1800 AZN və heyterlərə cavab


Digərləri 14 Sen 2019 11:00:00 229 0

1800 AZN və heyterlərə cavab

Sosial şəbəkələrdə və saytlarda Novo.az şirkətinin ünvanına səsləndirilən mənfi rəylərlə əlaqədar şirkət rəhbərliyi vəziyyəti aydınlaşdırmağı zəruri hesab edir.

Novo.az konsaltinq şirkəti yenidir, 2019-cu ilin avqustunda fəaliyyətə başlayıb və hazırda işçi seçimi aparır. Əmək haqqı 1800 AZN olan və işçi seçimi ilə bağlı elanlara baxılması ilə bağlı vəzifə üçün çox sayda müraciətlər edilib. Bu, əlbəttə ki, sevindirici haldır, amma təəssüf ki, imtahanlardan və korporativ psixoloqla diaqnostikadan keçməyənlərin faizi yüksəkdir. Sosial şəbəkələrdə işaxtaranlar arasında narazılığa da məhz imtahan mərhələsi səbəb olub. İmtahandan keçməyən bəzi namizədlər sosial şəbəkələrdə və elanların dərc olunduğu saytlarda şirkət haqqında mənfi rəy verirlər. Beləliklə, onlar digər maraqlı işaxtaranlar arasında qarışıqlıq toxumu səpirlər. Şərhlərdə çoxlu mənfi məqamlar və böhtan var. Hətta şirkət əməkdaşlarının ünvanına təhdidlərlə dolu telefon zənglərinin olduğu hallar da var idi.

Yaranmış vəziyyəti nəzərə alaraq, bir sıra tez-tez verilən suallara aydınlıq gətirmək və imtahanlardan keçməyənlərin şərhlərində təkrarlanan böhtan xarakterli məlumatları təkzib etmək istəyirik.

1. Niyə şirkətin saytı yoxdur?

Yuxarıda qeyd edildiyi kimi, Novo.az şirkəti yenidir, bu ilin avqust ayından fəaliyyət göstərir. Birinci və ən mühüm vəzifə peşəkar heyətin seçilməsidir. Bu proses çox vaxt tələb edir, bu işlə işədüzəltmə şirkəti deyil, Novo.az şirkəti özü məşğul olur. Növbəti mərhələyə keçməyənlərin yüksək faizini nəzərə alsaq, bu, bir neçə ay çəkəcək. Bu məsələ həll edildikdən sonra şirkət Azərbaycanda marketologiya sahəsində yeni metod və texnologiyaların tətbiqi üzrə bilavasitə fəaliyyətə başlayacaq. Bundan başqa, yaxın zamanlarda şirkət korporativ saytın yaradılmasına başlayacaq.

2. Novo.az beynəlxalq şirkətdirmi?

Şirkət bir çoxlarının öz şərhlərində qeyd etdiyi kimi beynəlxalq deyil, yerli şirkətdir. Amma personalın seçilməsi və onun ilk iş ili ərzində hazırlanması üçün Novo.Az çoxlu sayda təcrübəli, xarici mütəxəssis cəlb edir.

3. Müştəriləriniz kimlərdir?

Novo.az artıq bir sıra iri, profilli Azərbaycan və xarici şirkətlərin daxil olduğu formalaşmış müştəri portfelinə malikdir. Əgər onlar Novo.az şirkətinin təklif ediyi, marketologiya sahəsində tətbiq edilən yeni metod və texnologiyaların tətbiqini zəruri və məqsədəuyğun hesab edərlərsə, bunu özləri edəcəklər.

Seçim prosesinin özü ən pisləri "ələmək" və ən yaxşını seçməkdən ibarətdir. Personal seçimi meyarları və metodları şirkətin korporativ mədəniyyətinin praktiki vəzifələrinə və meyarlarına maksimum yaxınlaşmaqla işlənib hazırlanmışdır. Əməkdaşın seçimi zamanı şirkət potensial işçinin şəxsi xarakteristikasına diqqət yetirir. Erudisiya, hər iki dili bilməsi, sosial şəbəkələrdə oriyentasiya, eləcə də şəxsi keyfiyyətlər və düşüncə növləri kimi amillər uğurun mühüm tərkib hissəsidir.

Seçimin əsas komponentləri: professional və biznes keyfiyyətlərinin müəyyən edilməsi, şəxsiyyət növünün qiymətləndirilməsi, əvvəlki təcrübə və təhsil qiymətləndirilməsi. Personal seçimi bir neçə mərhələdə həyata keçirilir: