Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR


Digərləri 14 Sen 2019 10:55:00 211 0

Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR

ABŞ Prezidenti Donald Tramp Misir başçısı Abdəl Fəttah əs-Sisini özünün "sevimli diktatoru" adlandırıb.

Bakı. ABŞ Prezidenti Donald Tramp Misirin lideri Abdəl Fəttah əs-Sisini özünün "sevimli diktatoru" adlandırıb. Trend-in məlumatına görə, o, bunu Fransada keçirilən "G7" iclasının fasilələri zamanı deyib. Misir Prezidenti ilə görüşə hazırlaşarkən D.Tramp yüksək səslə "Mənim sevimli diktatorum haradadır" - deyə, soruşub. Həmin vaxt onun yanında həm ABŞ, həm də misirli məmurların olduğu deyilir.