Sənan Süleymanov dünya çempionatının 1/4 finalında


Digərləri 14 Sen 2019 10:32:55 618 0

Sənan Süleymanov dünya çempionatının 1/4 finalında

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürüb.

Bakı. Samir Əli - Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürüb. Trend-in məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kq-da mübarizə baş tutur. Sənan Süleymanov debütdə Xorvatiya güləşçisinə qalib gəlib. İlk dəfə mundiala qatılan güləşçimiz 1/8 finalda əzmkar qələbə qazanıb. Gürcüstan güləşçisi 5:3 öndə olsa da, Sənan əla geridönüş edərək adını 1/4 finala yazdırıb.