Azərbaycan güləşçiləri dünya çempionatına qələbə ilə başlayıb


Digərləri 14 Sen 2019 10:06:00 196 0

Azərbaycan güləşçiləri dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın güləş millisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Bakı. Samir Əli - Azərbaycanın güləş millisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Trend-in məlumatına görə, 72 kq çəkidə yer alan yunan-Roma güləşçisi Sənan Süleymanov təsnifat mərhələsində xorvatiyalı Dominik Etlingeri məğlub edib - 2:0. O,1/8 finalda gürcüstanlı Yuri Lomadze ilə üz-üzə gələcək. 82 kq çəkidə yarışan Rafiq Hüseynov isə moldovalı Mihail Braduna 6:0 hesabı ilə qalib gəlib. Onun 1/8 finaldakı rəqibi ukraynalı Yuri Şkryuba olacaq.