"Qarabağ" - "Sevilya" oyununa artıq 10 min bilet satılıb


Digərləri 14 Sen 2019 09:58:00 225 0

"Qarabağ" - "Sevilya" oyununa artıq 10 min bilet satılıb

Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçirilləcək "Qarabağ" - "Sevilya" matçına maraq böyükdür.

Bakı. Samir Əli - Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçirilləcək "Qarabağ" - "Sevilya" matçına maraq olduqca böyükdür. Trend-in məlumatına görə, biletlərin satışa çıxarıldığı ilk gündə 10 min bilet satılıb. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir. Biletlərin satış məntəqələri: Tofiq Bəhramov adına Respublika stadionunun kassaları Gənclik və 28 Mall (iticket satış məntəqəsi)