Baham sahillərində yeni tropik fırtına formalaşıb


Dünya 14 Sen 2019 09:02:00 227 0

Baham sahillərində yeni tropik fırtına formalaşıb

Atlantik okeanda, Baham adaları sahillərində "Umberto" adı verilmiş yeni tropik fırtına formalaşıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzindən bildiriblər.

Məlumata əsasən, hazırda "Umberto" Böyük Abako adasından 210 kilometr cənub-şərqdədir və şimal-qərbə tərəf saniyədə 2,5 metr sürətlə irəliləyir.

Tropik fırtına daxilində küləyin sürəti saniyədə 18 metrə çatır