Şirvanda 1 nəfər kanalizasiya quyusuna düşərək ölüb


Digərləri 14 Sen 2019 08:13:00 227 0

Şirvanda 1 nəfər kanalizasiya quyusuna düşərək ölüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər kanalizasiya quyusuna düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1948-ci il təvəllüdlü Babayev Şahmirzə Fərid oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. ​