Azərbaycan İordaniyaya bal ixrac edəcək


Digərləri 14 Sen 2019 08:02:00 206 0

Azərbaycan İordaniyaya bal ixrac edəcək

Azərbaycan bal ixrac etdiyi ölkələrin siyahısını genişləndirir.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.

Onun sözlərinə görə, hazırda İordaniyaya bal ixracı ilə bağlı danışıqlar gedir:

"Ötən illə müqayisədə Azərbaycan bal ixracını artırıb. Yaponiyaya 2018-ci ildə 6 ton bal ixrac etmişdik, bu il isə bu rəqəm 8 ton olub. Ərəb ölkələrinə isə ümumilikdə 850 kiloqram bal göndərmişik. Bu ildən etibarən siyahıya İordaniya da qoşulur. Artıq danışıqlar yekunlaşmaq üzrədir və yaxın bir ayda həmin ölkəyə 500 kiloqram bal ixrac edəcəyik. Bu bal nümunə olaraq gönədiriləcək, əgər onların xoşuna gələrsə, əməkdaşlıq davam edəcək".

Sədr qeyd edib ki, arı ailələrinin sayını 2 dəfə artırmaq niyyətindədirlər:

"Ötən illə müqayisədə bu il arı ailəsində 100 min artım olub. Hazırda Azərbaycanda 500 min arı ailəsi var, amma biz bu sayı 1 milyona çatdırmaq istəyirik. Azərbaycan təbiəti də imkan verir ki, biz arı ailəsini iki dəfəyə qədər artıraq".