Azərbaycan İordaniyaya bal ixrac edəcək (ÖZƏL)


Digərləri 14 Sen 2019 07:50:00 173 0

Azərbaycan İordaniyaya bal ixrac edəcək (ÖZƏL)

Azərbaycan bal ixrac etdiyi ölkələrin siyahısını genişləndirir.

Bakı. Ceyhun Ələkbərov - Azərbaycan bal ixrac etdiyi ölkələrin siyahısını genişləndirir. Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib. Onun sözlərinə görə, hazırda İordaniyaya bal ixracı ilə bağlı danışıqlar gedir: "Ötən illə müqayisədə Azərbaycan bal ixracını artırıb. Yaponiyaya 2018-ci ildə 6 ton bal ixrac etmişdik, bu il isə bu rəqəm 8 ton olub. Ərəb ölkələrinə isə ümumilikdə 850 kiloqram bal göndərmişik. Bu ildən etibarən siyahıya İordaniya da qoşulur. Artıq danışıqlar yekunlaşmaq üzrədir və yaxın bir ayda həmin ölkəyə 500 kiloqram bal ixrac edəcəyik. Bu bal nümunə olaraq gönədiriləcək, əgər onların xoşuna gələrsə, əməkdaşlıq davam edəcək". Sədr qeyd edib ki, arı ailələrinin sayını 2 dəfə artırmaq niyyətindədirlər: