Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub


Digərləri 14 Sen 2019 07:25:00 242 0

Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub

Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub.

Son.az Trend-ə istinadən bildirir ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də rayon ərazisindəki mağazaların birindən 2000 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayev saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.