Ərdoğan: Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək


Dünya 14 Sen 2019 07:15:00 203 0

Ərdoğan: Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək

Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-sı Ankarada keçiriləcək Rusiya və İran liderləri ilə üçtərəfli görüş haqqında danışarkən deyib.

T.Ərdoğan bildirib: " Müşahidə məntəqələri və terrorizmlə mübarizə məsələləri üzrə fikir mübadiləsi aparılacaq".

Türkiyə prezidenti qeyd edib ki, Ankara üçün ABŞ-ən PYD/YPG terrorçuları üzrə mövqeyi vacibdir: "Bu gün biz ABŞ bu məsələ üzrə mövqeyinin Türkiyənin maraqlarına cavab verdiyini deyə bilmərik".