Azarkeşlər Neymarı boykot edə bilər


Digərləri 14 Sen 2019 01:50:00 222 0

Azarkeşlər Neymarı boykot edə bilər

PSJ-də Neymara görə klub rəhbərliyi ilə azarkeşlər arasında gərginlik artmaqdadır.

Bakı. PSJ-də Neymara görə klub rəhbərliyi ilə azarkeşlər arasında gərginlik artmaqdadır. Trend-in məlumatına görə, klubun azarkeş qrupu Neymarın komandadan getmək istədiyini açıq şəkildə ifadə etməsindən narazılığını bildiriblər. Onlar braziliyalı oyunçuya qarşı bannerlər asacaqlarını söyləyiblər. PSJ rəhbərliyi isə azarkeş qrupundan təmkinli olmağı xahiş edib. Ancaq buna rədd cavabının verilməsi tərəflər arasında gərginliyi artırıb. Azarkeşlərin Neymarı "Strasburq" və ya Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Real"la görüşdə boykot edəcəyi gözlənilir.