Zəhərlənmisinizsə qatıq içməyin! Ziyanı


Digərləri 13 Sen 2019 23:52:00 242 0

Zəhərlənmisinizsə qatıq içməyin!  Ziyanı

Azərbaycanda qida zəhərlənməsi zamanı "ilk yardım" məqsədi ilə bir çox hallarda xəstəyə qatıq verilir.

Bu isə çox böyük səhvdir və xəstənin vəziyyətini yüngülləşdirmir, əksinə ağırlaşdırır.  Zəhərlənmədən sonra ilk 2 gün ərzində qatıq vermək qadağandır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, zəhərlənmə adətən qusma və ishalla muşayiət olunur. Belə vəziyyətdə bağırsaqların peristaltikasını (hərəkətlilik) artıran qatıq ishalı daha da gücləndirəcək. Bu isə susuzlaşmanın riskini artırır. Zəhərlənmə zamanı məhz susuzlaşma ən təhlükəli fəsaddır ki, ağır hallarda hətta insanın ölümünə səbəb ola bilər.

Digər səbəb. Zəhərlənmə zamanı bağırsaqların selikli qişaları zədələnir və qıcıqlanır. Qatıq isə turş məhsuldur və onun tərkibində olan turşular selikli qişanı daha da qıcıqlandıracaq.

Zəhərlənmə zamanı düzgün ilk yardım necə olmalıdır?

- Qida zəhərlənməsinə şübhə yarandıqda dərhal təcili yardım çağırın.

- Xəstənin mədəsini yuyun. Bunun üçün adi ilıq sudan istifadə edin. Xəstə 2 stəkan ilıq su içməli və sonra dilin kökünə basmalıdır ki, qussun. Mədə təmiz su çıxana qədər yuyulmalıdır.

(adsgarden = window.adsgarden || []).push({});