Azərbaycan nefti ucuzlaşır


Digərləri 13 Sen 2019 23:25:00 244 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 63,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,12 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,21 dollar/barel azdır.