Meyvətərəvəzlər 20 dəqiqə suyu içində saxlanıldıqdan sonra qəbul edilməlidir


Digərləri 13 Sen 2019 23:40:00 248 0

Meyvətərəvəzlər 20 dəqiqə suyu içində saxlanıldıqdan sonra qəbul edilməlidir

Düzgün qidalanma sağlam həyatı şərtləndirən vacib şərtlərdəndir. Sağlamlığı qorumağın əsas şərtlərindən biri də qida zəhərlənmələrindən qorunmaq, tərkibində bakteriyalar olan məhsullardan uzaq olmaqdıır.

Qida bakteriyaları təbiətdə geniş yayılıb. Onlar nəm və isti yerlərdə isə çox yayılmaq xüsusiyyətinə malikdir. Quruluşca müxtəlif olan bakteriyalar Günəş şüası altında məhv olurlar, çünki ətraf mühit quru və günəşli olduqda onlar tab gətirə bilmir.

Son.az bildirir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva AZƏRTAC-a deyib: "Qida zəhərlənməsinin qarşısını almağın bir neçə yolu var. İlk növbədə qidaların saxlanma şəraitinə fikir vermək lazımdır. Daha çox soyuducunun buz dolabında saxlanılan qidalara üstünlük verilməlidir. Yeyilən bütün meyvə-tərəvəzlər 20 dəqiqə suda saxlanılmalıdır. Mikroblar suda həll olunduğu üçün təmizlənir, qəbul edilən qidalar daha gigiyenik olur və zəhərlənmələrin sayı azalır".

Mütəxəssislər xalq arasında doğru olduğu düşünülən bir çox məlumatların əslində yanlış təsir bağışladığını bildirirlər. Buna misal olaraq əlləri isti su ilə və antibakterial sabunla yumanın bakteriyaları məhv etməsi inancını nümunə gətirmək olar. Araşdırmalara görə, əlləri isti su əvəzinə ilıq su ilə yumaq məqsədəuyğun hesab edilir, çünki isti su dərini qurudur, dəridə çatların əmələ gəlməsinə səbəb olur. Bu yolla da bakteriyalar dəriyə daha tez daxil olur və çoxalır. Bundan əlavə əlləri antibakterial yox, adi sabunla təmizləmək də kafi hesab edilir.

Başqa bir misal geniş istifadə edilən ət məhsulları ilə bağlıdır. Əti bişirmədən əvvəl mütləq yumağın vacibliyi haqqında deyilənlər düzgün deyil. Doğrudur, ətin yuyulması bakteriyaların bir hissəsini öldürsə də, onların digər yeməklərə və mətbəx əşyalarına keçmək ehtimalını artırmış olur.

(adsgarden = window.adsgarden || []).push({});