Orqanizm üçün ən faydalı 20 ərzaq


Digərləri 13 Sen 2019 23:15:00 207 0

Orqanizm üçün ən faydalı 20 ərzaq

Sağlam rasion düzgün ərzaqlar üzərində qurulur. Bunlar orqanizmə fayda gətirir, orqanların və sistemin fəaliyyəti üçün zəruri olan maddələrlə təmin edir. Bədən bu maddələrdən zülal, mikroelementlər, vitaminlər, sellüloz alır və artıq kalori və ya xolesterin yükündən əziyyət çəkmir.

Son.az AZƏRTAC-a istinadən alimlərin ən faydalı 20 ərzaqdan ibarət hazırladıqları siyahını "ura-povara.ru" saytına istinadla diqqətinizə çatdırır. Əgər siz özünüzü gümrah hiss etmək və yaxşı görünmək istəyirsinizsə, o zaman rasionunuzu bu ərzaqlardan təşkil edin.

1.Ağ ət

Ağ ət orqanların hüceyrələrinə və toxumalarına oksigeni çatdıran zülal və dəmir mənbəyidir. Bundan başqa, ağ ətin tərkibində heyvan yağı azdır və xolesterini yüksəltmir.

Bu, səhv fikirdir ki, lazımınca dəmiri ispanaq və ya yaşıl almadan almaq olar. Onların tərkibindəki dəmirin yalnız iki faizini orqanizm özünə çəkir. Toyuq filesində isə mənimsənilmə 60 faizə çatır.

2.Yağlı balıq

Orqanizm yağlı balıqdan yarıdoymamış yağ turşuları alır ki, bunlar da əvəzolunmazdır. Orqanizm bu turşuları sintezləşdirməyi bacarmır, lakin onlar baş-beyin, ürək və damarların düzgün fəaliyyəti üçün zəruridir. Bu maddələrin çatışmazlığı beyin toxumalarının qocalmasına, Altsheymer xəstəliyinin, revmatoidli artritin inkişafına şərait yaradır.

Yarıdoymamış yağ turşularının ən yaxşı mənbəyi şimal dənizlərinin balığıdır. Digər ərzaqlarda bu dəyərli maddəyə çox az miqdarda rast gəlinir.

3.Yulaf

Faydalı dənli bitki sellülozla zəngindir. O, bağırsağı təmizləyir, qlükozanın həzm traktından sovrulma intensivliyini azaldır və xolesterinin səviyyəsini aşağı salır. Lakin bu xassəyə yalnız düzgün - minimal emal olunmuş, çox qaynadılması nəzərdə tutulan yulaf malikdir. Məsələn, 20-25 dəqiqəyə hazır olan "Herkules".

4.Qırmızı və qara rəngli giləmeyvələr

Onların rəngi nə qədər dolğundursa, deməli meyvələrində antioksidantlar daha boldur. Bu maddələr orqanizmi qocalığın və bir neçə növ xərçəngin törədicisi olan sərbəst radikalların hərəkətindən müdafiə edir. Skandinaviya alimləri çiyələk, moruq, böyürtkən, qarağat, qaragilə və quşüzümünü daha çox yeməyi məsləhət görürlər.

5.Göyərti

Tərəvəz nə qədər yaşıldırsa, onun tərkibində fitonutriyentlər bir o qədər çoxdur. Bu, bioloji aktiv bitki kompleksləridir ki, orqanizmə cavanlaşma təsiri göstərir. İspanaq, kress-salat, romanonun da tərkibi sıfır səviyyəli kaloriyə malik sellüloz və mikroelementlərlə zəngindir.

6.Zeytun yağı

Rafinə olunmayan, birinci soyuq sıxılmadan sonra əldə olunan zeytun yağı ən dəyərli yağdır. Onun tərkibində damarları təmizləyən və xolesterinin miqdarını aşağı salan monodoymamış yağ turşuları var. Zeytun yağından müntəzəm istifadə hüceyrələri qocalmadan və xərçəngdən müdafiə edir, orqanizmdə iltihab reaksiyalarını azaldır.

7.Paxlalılar

Paxlalılar bitki zülalı, B vitaminləri qrupu və nişasta ilə zəngindir. Nişasta həzm traktında uzun müddət parçalanır, qlükozanı tədricən özündən buraxır. Uzun müddət həzm edilməsi gec aclıq hissinin əmələ gəlməsinin zəmanətidir. Bu səbəbdən mərci, lobya və yaşıl noxudu arıqlamaq istəyənlərə məsləhət görürlər.

8.Qəhvəyi düyü

Onun qəhvəyi qabığı təmizlənməmiş düyünü təmizlənmiş ağ düyüdən fərqləndirir. Məhz həmin örtük dənli bitkini bu dərəcədə faydalı edir. Qəhvəyi düyü ağ düyü ilə müqayisədə B1 və B2 vitaminləri ilə 90 faiz daha çox zəngindir. Bundan başqa, onun tərkibində sellüloz çoxdur, aşağı qlikemik indeksə malikdir, yəni həzm prosesində qlükozanın kəskin artmasına yol vermir.

9.Ağartı məhsullarından hazırlanan içkilər

Qatqısız təbii kefir və yoqurtlarda laktobakteriyalar çoxdur, bunlar bağırsaq mikroflorasına faydalıdır. Laktobakteriyalar bağırsaqda patogen mikroorqanizmləri istismar edir, faydalı bakteriyaların artımını stimullaşdırır. Nəticədə, həzm yaxşılaşır, infeksiyalı xəstəliklərə davamlılıq artır. Təsadüfən demirlər ki, immunitet bağırsaqda yerləşir!

10.Pendir

Yumşaq və bərk pendirlərin tərkibi orqanizmimizə vacib olan kalsiumla zəngindir. Kalsiumdan sümüklər, dişlər formalaşır, həmçinin o, qanyaranma və immunitet sistemlərinin fəaliyyətində iştirak edir. Pendir kalsiumun miqdarına görə digər süd məhsullarını üstələyir, çünki o, fermentləşdirilmiş süd "konsentratıdır". Bir kiloqram pendir hazırlamaq üçün 8 kiloqram süd sərf olunur.

11.Kəpəkli undan hazırlanan çörək

(adsgarden = window.adsgarden || []).push({});