Uşaqlarda görmə problemləri


Digərləri 13 Sen 2019 22:55:00 246 0

Uşaqlarda görmə problemləri

Son altı il ərzində ölkəmizdə 13 yaşadək uşaqlar arasında göz xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. Ötənilki statistikaya görə, hər 10 min uşaqdan 125-nin görmə problemi var.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən Bakı Baş Səhiyyə İdarəsinin Baş Oftalmoloqu Sevda Bəşirovanın dediyinə görə, körpələr dünyaya gələrkən həkim tərəfindən ilkin olaraq göz müayinəsi aparılmalıdır. Körpə yarımçıq doğulub və küvezdə oksigen yardımı alıbsa, onda mütləq şəkildə göz dibi müayinəsi aparılmalıdır: "Bəzi xəstəliklər anadangəlmə olur və onları vaxtında aşkar etmək lazımdır ki, uşağın gələcək həyatında ciddi görmə problemi yaranmasın. 1 yaşınadək çəpgözlük müayinəsi, 2-3 yaşlarınadək refraksiyalar, məktəbqabağı yaşlarda görmə qabiliyyəti yoxlanılmalı və uşaq məktəbə gedəndən sonra ildə bir dəfə çekap müayinədən keçməlidir".

Əvvəllər yuxarı sinif şagirdlərində rast gəlinən görmə problemləri ilə indi azyaşlı uşaqlar da üzləşirlər. Əvvəllər tədqiqatçılar hesab edirdilər ki, bunun əsas səbəbi uşaqların qapalı məkanlarda çox vaxt keçirməklə gözlərini təbii gün işığından məhrum etmələridir. Bunun nəticəsində göz lazımi qida və vitaminlərlə təmin olunmur.

Həkim-oftalmoloq deyib: "Hazırda məktəbli miopatiyası deyilən hallarla tez-tez üzləşirik. Uşaqların böyük əksəriyyətində görmə zəifliyi çoxdur, onlar miopatiya, hipermetriya və yaxud astiqmatizmdən əziyyət çəkirlər. Belə hallarda mütləq ildə bir dəfə həkim müayinəsindən keçmək lazımdır. Məktəbdə yazı lövhəsinə yazılanları görməmək, uzaqda olan yazıları oxuya bilməmək, yaxud yazıb- oxuyarkən müəyyən görmə problemləri ilə üzləşmək, baş ağrısı olması, gözlərin ovuşdurulması, qırpılması və yığılması zamanı mütləq həkimə müraciət etmək lazımdır".

(adsgarden = window.adsgarden || []).push({});