Tanınmışların ailəsində baş verən faciələr FOTO


Digərləri 13 Sen 2019 22:10:00 221 0

Tanınmışların ailəsində baş verən faciələr  FOTO

Xəbər verdiyimiz kimi, bu gün Tovuzda güllələnmə hadisəsi baş verib. "Göl Əli" ləqəbi ilə tanınan Əli Şəmiyev makarov tipli tapança ilə Tovuz Rayon Məhkəməsinin sabiq sədri Firudin Ələkbərlini güllələyib. F. Ələkbərli xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, son 1 il ərzində ərzində bir sıra sabiq və hazırda fəaliyyətini davam etdirən məmurların ailələrində ağır itkilər yaşanıb.

Etimad İsmayılov - 2018-ci ilin senyabrında Azərbaycanın ilk ədliyə naziri və keçmiş baş prokuroru, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyənin İstanbul şəhərində silahlı hücuma məruz qalıb. Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Jurnalist Sevil Nuriyevanın həyat yoldaşını qətlə yetirşən şəxs Gözəl Dəmirov olub. 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olan Dəmirov polis tərəfindən saxlanılanda cinayəti pul mübahisəsi üstündə törətdiyini bildirib.

Elçin Qasımov - 2019-cu ilin yanvarında Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu Elçin Qasımovun İsveçrədə vəfat edib. Məlumata görə, Elçin Qasımov kanata minərkən təzyiqi qalxıb və halı pisləşib. O, həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Sabiq icra başçının ailəsində bir gündə iki ölüm

Cari ilin mayında Lənkəran Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Yaşar Rzayevin 45 yaşlı oğlu Hünər Rzayev  və qardaşı Namiq Rzayev bir gündə dünyasın dəyişib. Hər iki şəxsin ürəktutmadan dünyasını dəyişdiyi bildirilib. H. Rzayev uzun müddət Vergilər Nazirliyində işləyib, ölümündən bir il əvvəl isə işdən çıxarılıb. Qeyd edək ki, Yaşar Rzayev 2000-2003-cü ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı  olub. 

Orxan Ağayev - 2019-cu iyulunda "Qorotdel"in Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayev 5-ci mərtəbədən düşərək vəfat edib. Həmin an 28 yaşlı Orxanın yalnız anası evdə olub, böyük qardaşı sonradan hadisə yerinə gəlib. Qeyd edək ki, Ə.Ağayevin iki oğlu olub. Orxan Ağayev subay olub. Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq məlum olmayıb.