Sarkisyan qardaşı həbs edildi


Dünya 13 Sen 2019 21:04:00 274 0

Sarkisyan qardaşı həbs edildi

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidmətinin rəhbəri Naira Arutunyan məlumat verib.

"Şimal-Cənub avtomobil yolunun tikintisi layihəsinin hazırlanması və icrası zamanı sui-istifadə faktları ilə bağlı araşdırma aparılır. İstintaq davam edir"-, deyə Arutunyan əlavə edib.

Bildirilir ki, Levon Sarkisyan "Şimal-Cənub" yolunun tikintisi zamanı qanun pozuntularında ittiham olunur. O, axtarışa verilib. Bəzi məlumatlara görə, L. Sarkisyan hazırda Livandadır.