Qazaxda torpaq uçqunu olub, 1 nəfər ölüb


Digərləri 13 Sen 2019 21:08:41 192 0

Qazaxda torpaq uçqunu olub, 1 nəfər ölüb

Qazaxda torpaq uçqunu olub.

Bakı. Qazaxda torpaq uçqunu olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qazax rayonunun Qarapapaq kəndində kanalizasiya xətlərinin çəkilişi zamanı 1 nəfər torpaq qatının altında qalıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1982-ci il təvəllüdlü Qocayev Gündüz Məşədi oğlunun meyiti torpaq altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.​