Braziliyada xəstəxana yandı


Dünya 13 Sen 2019 20:14:00 224 0

Braziliyada xəstəxana yandı

Braziliyanın Rio de Janeyro şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində 11 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, yanğın mərtəbələrin birində qısaqapanma nəticəsində başlayıb.

Alov sürətlə bütün binaya yayılıb. Xəstəxanada olan xəstələr və əməkdaşlar təxliyə olunub.

Yanğının söndürülməsi ilə bağlı işlər davam edir.