Eto: "Karyeramı bitirəndə mən ilk Mourinyo yazdı"


İdman 13 Sen 2019 19:22:00 310 0

Eto: "Karyeramı bitirəndə mən ilk Mourinyo yazdı"

Kamerun yığmasının sabiq futbolçusu Samuel Eto'o Joze Mourinyo ilə münasibətlərindən danışıb.

Goal.az xəbər verir ki, Samuel Mourinyonu dünyanın ən yaxşı mütəxəssislərindən biri hesab etdiyini deyib. O, karyerasını bitirməklə bağlı qərar qəbul etdikdən sonra ona ilk dəfə Jozenin yazdığını da vurğulayıb:

"Düzünü desəm, Mourinyonun əla insan, dünyanın ən yaxşı mütəxəssislərindən biri olduğunu deməkdən artıq yorulmuşam. O, böyük insandır. Karyeramı bitirəndə mən ilk dəfə kim yazdı? Bəli, Mourinyo yazdı”.

Samuel Mourinyonun rəhbərliyi altında İnter-də oynayıb və Çempionlar Liqasının qalibi olub.